Nida Xəbər
Bayramov ÇAĞIRIŞ ETDİ: "Ermənistana əlavə təzyiq göstərilməlidir"
Ermənistan ərazilərin işğalından azad edilmiş minalanmış sahələrin bütün xəritələrini Azərbaycana təqdim etməyib.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.
"Bu, minalardan təmizləmə və bərpa prosesini xeyli ləngidir, həmçinin keçmiş köçkünlərin öz doğma yurdlarına qayıtmasına ciddi maneə yaradır", - Bayramov bildirib.
O vurğulayıb ki, hazırda Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir.
“Üçtərəfli bəyanat imzalanandan bəri Ermənistanın yerləşdirdiyi minaların partlaması nəticəsində bir neçə yüz Azərbaycan vətəndaşı, o cümlədən mülki şəxslər və jurnalistlər həlak olub və ya ağır yaralanıb”, - nazir bildirib.
O, əlavə edib ki, minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq