Nida Xəbər
Naxçıvanda sərhədçilərin təlimi keçirildi - FOTO
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir və sərhəd zastavalarında şəxsi heyətin peşəkarlıqları daim artırılır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və sərhədin pozulması əlamətlərinin vaxtında aşkar ediməsi məqsədilə növbəti taktiki tapşırıqlar icra edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Publika.az-a bildirilib ki, təlimin planına əsasən zastava rəisi tərəfindən sutkalıq qəbul edilmiş qərar əsasında sərhəd pozucularının ehtimal olunan hərəkət istiqamətləri nəzərə alınmaqla, xidməti ərazidə əsas qüvvələrin cəmləşmə istiqaməti təyin edilir.
Sərhəd naryadları tərəfindən təyin olunmuş sahələrdə aşkaredici qurğular yerləşdirilir. Ərazi relyefi və maskalanma tədbirləri nəzərə alınmaqla əlverişli yerlər seçilərək xidməti ərazi daimi müşahidə altında saxlanılır və dövlət sərhədinin mühafizəsi təşkil olunur.
Şərti sərhəd pozucuları sərhəd naryadlarına yaxalanmamaq və öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edərək cəld hərəkətlərlə dövlət sərhədini pozmağa cəhd göstərirlər. Sərhəd pozucuları sərhəd naryadı tərəfindən quraşdırılmış aşkaredici qurğuya toxunur və siqnal minası işə düşür. Təşvişə düşən sərhəd pozucuları qəfil qarşılaşdıqları vəziyyətdən həyəcanlanaraq özlərini itirirlər. Aşkaredici qurğulardan daxil olmuş siqnala əsasən zastava rəisi sərhəd zastavasını “Silaha” komandasına qaldırır. Verilmiş tapşırıq əsasında həyəcan qrupu hadisə baş vermiş sahəyə çevik hərəkət edir. Sərhəd naryadı qapama qrupları ilə birgə sərhəd xətti boyunca sərhəd pozucularının hərəkətlərini məhdudlaşdırmaq və qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. İşıqlandırma qurğusunun heyəti hadisə baş vermiş istiqamətdə sərhəd pozucularının hərəkət isitqamətinin aşkar edilməsi üçün ərazinin işıqlandırılması tapşırığını icra edir.
Həyəcan qrupu qapama qrupları ilə koordinasiyalı fəaliyyətdə hərəkət edərək sərhəd pozucularını yaxalayır, zərərsizləşdirir və sərhəd zastavasına təxliyə edirlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
