Nida Xəbər
Qarnizon Qoşunlarında bayram münasibətilə silsilə tədbirlər keçirilir - FOTO
Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələri şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olub, dərs və məşğələləri izləyiblər.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri çıxış edərək şəxsi heyəti təbrik edib, yeni-2022-ci ilin daha böyük uğurlarla yadda qalmasını arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, milli birliyimiz, həmrəyliyimiz 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə özünü bir daha göstərdi. Bu birliyin hesabına 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımız işğaldan azad edildi. Şanlı Zəfər qazandıq.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri əsgərlər qarşısında çıxış edərək şəxsi heyətdə xoş ovqat yaradıblar.
Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər davam edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
