Nida Xəbər
İctimai Televiziya məni “qara siyahı”ya salıb - Fəzail Ağamalı
Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziyanın fəaliyyətini tənqid edib.
Publika.az xəbər verir ki, deputat tənqidlərini Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Milli Məclisin qərar layihəsinə dair müzakirələr zamanı deyib.
Fazil Mustafa İTV- nin Yayım Şurasının seçilən üzvlərinin kölgədə qaldığını, böyük səlahiyyətlərinin olmadığını bildirib: “İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional iş görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, “Media haqqında” qanun da bu qədər müzakirəyə səbəb olmazdı. Onun əvəzinə bunlar millət vəkillərini ələ salmaqla, kollajlarını düzəltməklə məşğuldurlar. Bununla reytinq qazanmaq istəyirlər. Təbii ki, deputatı da tənqid etmək olar. Yayım Şurasının üzvləri hansısa diktatorluğun yaranmasına icazə verməməlidir. Təbii ki, yaxşı verilişləri də var. Amma bunlar jurnalistin istedadı hesabına başa gələn verilişlərdir. Büdcədən bu qədər vəsait alırsınız. Cəmiyyətin işinə yararlı olmalısınız. Ona görə məsuliyyət artırılmalıdır. Necə olur ki, parlamentlə bağlı müzakirə verməyi bu televiziya özünə sığışdırmır. Siz kimsiniz ki? Ümid edirəm, tənqidlərdən nəticə çıxaracaqsınız”.
Deputat Fəzail Ağamalı da Fazil Mustafa, Siyavuş Novruzov və digər həmkarlarının çıxışını müdafiə edib: “Məni ora dəvət etmişdilər, verilişin formatı xoşuma gəlmədi. Bundan sonra məni “qara siyahı”ya salıblar. Bəzən deputatları tənqid nədir, təhqir belə edirlər. Mən ümid edirəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni tərkibi bu məqamları nəzərə alacaq”.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər









.jpg)






.jpg)



















