Nida Xəbər
DOST 1 milyonuncu müraciətçini mükafatlandırdı - FOTO
DOST-un xidmətlərindən faydalanan vətəndaşların sayı 1 milyona çatıb.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Bakı şəhər sakini Ələkbərova Nisəxanım İzzətulla qızı DOST xidmətlərinə müraciət edən 1 milyonuncu vətəndaş olub.
Ölkəmizdə səfəri çərçivəsində DOST Agentliyi ilə tanış olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həmin münasibətlə N.Ələkbərovanı təbrik edərək ona təşəkkürnamə və hədiyyələr təqdim ediblər.
N.Ələkbərova yaşa görə pensiyadan ailə başçısını itirməyə görə pensiyaya keçmək üçün 1 saylı DOST mərkəzinə müraciət edib. O, mərkəzdə müraciətinin operativ və müsbət cavablandırılmasından, ümumən göstərilən DOST xidmətlərindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərindən ibarət 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.
DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi isə 98,2 faizdir.
Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. Hazırda paytaxtda daha bir DOST mərkəzinin, habelə respublikanın regionlarında, o cümlədən işğaldan azad edilmiş bölgələrimizdə DOST mərkəzlərinin açılması üçün işlər aparılır.
(Azərtac)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

