19 yaşlı qız 1 aydır itkin düşüb
Bizi izləyin

Nida Xəbər

19 yaşlı qız 1 aydır itkin düşüb

Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Publika.az xəbər verir ki, bu barədə "report"-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, itkin düşən şəxsin əlamətlərini belədir: boyu 160 sm, arıq bədən quruluşlu, saçları uzun və qaradır.

Şəkildə gördüyünüz Sitarə Mustafalının yeri barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə və 022-336-45-02; 051-468-11-11 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm