Nida Xəbər
Gəncədə "Azəriqaz"a 14 müraciət daxil oldu
"Xahiş edirəm fərdi yaşayış evimdəki qaz sayğacının yerinin dəyişdirilməsində bizə köməklik göstərəsiniz".
Publika.az xəbər verir ki, bu müraciətlə şəhid ailəsi Dürdanə Mahmudova SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncədə keçirdiyi "Açıq mikrofon" aksiyasında çıxış edib.
Şəhərin Tofiq Bağırov küçəsində yaşayan Eldar Həsənov da eyni müraciətlə aksiyaya üz tutanlar arasında olub. Tofiq Bağırov küçəsinin digər sakini Mahirə İbayeva fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib.
"Səyyar qəbul otağı"nda ümumilikdə 14 müraciət səslənləndirilib. Müraciətlər arasında, həmçinin küçə xətlərinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi də yer alıb.
"Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?