Brüsseldən Bakı və İrəvana çağırış...
Bizi izləyin

Nida Xəbər

Brüsseldən Bakı və İrəvana çağırış...

Brüssel Ermənistan-Azərbaycan sərhədində vəziyyəti diqqətlə izləyir.

Publika.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında bildirilib.

“Biz tərəfləri vəziyyəti gərginləşdirən və Avropa Birliyinin güclü şəkildə dəstəklədiyi və sadiq qaldığı nizamlanma prosesini poza biləcək addımlardan çəkinməyə çağırırıq”, - deyə Peter Stano bildirib.

Qeyd edək ki, ötən gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan əlavə, Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. (Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm