Nida Xəbər
Ukrayna Krıma hücuma keçmək üçün kəşfiyyata başlayıb
Ukrayna Silahlı Qüvvələri Krımın müdafiə vəziyyətini qiymətləndirmək üçün kəşfiyyat işləri aparmağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets”ə Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin bildirib.
“Rusiya Silahlı Qüvvələrinin Dnepr çayının sol sahilinə çıxarılmasından və Xersonun tərk edilməsindən dərhal sonra Ukrayna Silahlı Qüvvələri öz səylərini Krım yarımadasında kəşfiyyat və müdafiə vəziyyətini qiymətləndirməyə cəmləşdirib”, - deyə Rojin qeyd edib.
O da qeyd olunur ki, noyabr ayından etibarən demək olar hər gün Ukrayna Silahlı Qüvvələri Odessa vilayətində müxtəlif tipli kommersiya pilotsuz uçuş aparatları ilə Krım və Sevastopol istiqamətində uçuşlar həyata keçirir.
Bundan əlavə, bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin yarımadadakı fəaliyyətini izləmək üçün ukraynalı texniklər adi hava şarlarını kameralarla təchiz ediblər.
“Hava kəşfiyyatı və Krımın cənubundakı Rusiya hədəflərinə zərbə endirmək cəhdləri günlərində Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin yeri və istifadə xarakterini izləyən strateji RQ-4B/D PUA havada idi”, - deyə o bildirib.
Səxavət
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO