Nida Xəbər
ABŞ səfirliyi ruslara müraciət etdi – “Baş verənlər sizə layiq deyil”
ABŞ-ın Moskvadakı səfirliyi Rusiya xalqına müraciət dərc edib.
Publika.az xəbər verir ki, videomüraciət Amerika diplomatik missiyasının “Telegram" kanalında yerləşdirilib.
Müraciətdə deyilir ki, Rusiya və ABŞ dünyanın üzləşdiyi böyük çağırışların öhdəsindən gəlmək üçün mübarizə aparıb və əməkdaşlıq edib. Bundan əlavə, səfirlik bəyan edib ki, Amerika məktəblərində rus ədəbiyyatı tədris olunur və əsərlər (teatr tamaşaları nəzərdə tutulur) ABŞ-ın ən nüfuzlu mədəniyyət müəssisələrində ifa olunur.
Sonda deyilir ki, iki ölkənin ortaq mədəniyyəti və ümumi nailiyyətləri var.
“Biz baş verənlərin sizə layiq olmadığına inanırıq və daha dinc gələcək yaratmaq üçün səy göstərən hər birinizlə həmrəyik”, - deyə məlumatda bildirilir.
Bu sətirlərdə videoda Ukraynadakı hərbi münaqişədən və Rusiya şəhərlərindəki etiraz aksiyalarından kadrlar görünür.
Səxavət
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?