Paşinyan: “Ankaranın bu addımını alqışlamaq olar, Ermənistanla Azərbaycan arasında əlaqə açılsa...”
Bizi izləyin

Nida Xəbər

Paşinyan: “Ankaranın bu addımını alqışlamaq olar, Ermənistanla Azərbaycan arasında əlaqə açılsa...”

Türkiyənin Ermənistana hava yüklərinə qoyulan qadağanı aradan qaldırmaq qərarı İrəvanla Ankara arasında ikitərəfli danışıqlara təkan verə bilər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

Paşinyan qeyd edib ki, Ankaranın bu addımını alqışlamaq olar və təkcə danışıqları davam etdirmək deyil, həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə təkan verməyə imkan verəcək konkret addımların atılması çox vacibdir.

Baş nazirin sözlərinə görə, ümid etmək olar ki, danışıqlar nəticəsində Ermənistanla Türkiyə arasında quru sərhədi üçüncü ölkələrin vətəndaşları, eləcə də diplomatik pasport daşıyıcıları üçün açılacaq.

Paşinyanın qeyd etdiyi kimi, bu nailiyyətlər təkcə Ermənistan və Türkiyə arasında ikitərəfli münasibətlər üçün deyil, həm də beynəlxalq təchizat zəncirlərinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ermənistanın Baş naziri qeyd edib ki, yolların açılması ilə region daha maraqlı olur və əhəmiyyət kəsb edir: “Ermənistanla Türkiyə arasında sərhədin, Ermənistan-Türkiyə dəmiryolunun açılması daha qlobal əhəmiyyət kəsb edir”.

O, Ermənistan tərəfinin Arazdəyən-Naxçıvan-Meğri-Horadiz dəmiryolu hissəsinin, eləcə də avtomobil yolu əlaqəsinin bərpasına başlamağa hazır olduğunu bir daha bəyan edib. Baş nazir əlavə edib ki, Ermənistan nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır.

“Ermənistanla Azərbaycan arasında əlaqə açılsa, Şimal-Cənub marşrutu ilə, o cümlədən İran və Rusiya istiqamətində daşımalar xeyli aktivləşəcək”, - deyən Paşinyan əlavə edib ki, Ermənistan bu yolla getməyə hazırdır.

“Əgər biz Ermənistanı inkişaf etmiş və təhlükəsiz ölkəyə çevirmək istəyiriksə, regionda münasibətlərin keyfiyyətini dəyişməliyik. Biz burada imkanlardan çox, təhlükə görürük (səbəbi aydındır). Amma bəlkə də buna başqa bucaqdan baxmağın vaxtı çatıb”, - deyə Paşinyan bildirib.

Ermənistan və Türkiyə milli komandalarının 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəkləri futbol oyunlarından danışan baş nazir qeyd edib ki, münasibətləri normallaşdırmaq üçün müsbət imkanlardan istifadə etmək olar.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm