Nida Xəbər
Komissarlarını da götürüb Kiyevə gəldi
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell və 14 Avropa komissarı fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammiti ərəfəsində Ukrayna hökuməti ilə görüşmək üçün Kiyevə gəliblər.
Publika.az xəbər verir ki, xanım fon der Lyayen bu haqda "Tvitter"də yazıb.
“Rusiya müdaxiləsindən sonra dördüncü dəfə Kiyevə gəlmək çox xoşdur. Bu dəfə mənim komandamdakı komissarlarımla birlikdə. Biz Aİ-nin Ukraynanı dəstəkləməkdə həmişəkindən daha güclü olduğunu göstərmək və dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün burdayıq”, - Aİ rəhbəri qeyd edib.
Avropa Komissiyasının rəhbəri və cənab Borreldən başqa komissiyanın vitse-prezidentləri Marqrete Vestaqer, Valdis Dombrovskis, Maroş Şefçoviç, Vera Yurova və Marqaritis Sxinas, həmçinin doqquz Avropa komissarı da bu gün Kiyevə gəliblər. Bu barədə isə Avropa hakimiyyət orqanı məlumat yayıb.
Səxavət
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?