Rus xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar tapdılar
Bizi izləyin

Nida Xəbər

Rus xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar tapdılar

Türkiyədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən rusiyalı xilasedicilər evlərdən birinin dağıntıları altında 150 min dollar pul olan qazan tapıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram-kanal"ı məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıdıcı zəlzələdən sonra daha bir dağıntı təbəqəsini açarkən içi yüz dollarlıq əskinaslarla dolu qazan aşkar ediblər. İnventar üçün 150.000 dollar yerli polisə təhvil verilib", - deyə məlumatda qeyd olunur.

Fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimalında episentri Qaziantep şəhəri yaxınlığında 7,8 bal gücündə güclü zəlzələ qeydə alınıb. İkinci ən güclü 7,6 bal gücündə daha sonra Kahramanmaraş vilayətində baş verən təkan olub. AFAD qeyd edib ki, zəlzələlərdən sonra daha 2724 afterşok (təkrarlanan təkanlar) baş verib. Faciə nəticəsində Türkiyədə 31 min 600-dən çox insanın həlak olduğu, Dəməşqin nəzarətində olan Suriya ərazisində isə 1400-dən çox insanın öldüyü təsdiqlənib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm