Nida Xəbər
Tehran Pekinin bircə zəngi ilə “Nimr əfsanəsi”nə belə tüpürdü - FOTOLAR
Məşhəddə Səudiyyə Ərəbistanının boş qalan konsulluğunun yerləşdiyi küçənin yol nişanından əsər-əlamət qalmayıb. Bu addım Səudiyyə Ərəbistanı nümayəndə heyətinin səfirliklərin yenidən açılmasını müzakirə etmək üçün şənbə günü İrana gəlişindən sonra atılıb (İran İnternational).
Küçə şiə din xadimi, Səudiyyə hökumətinin tənqidçisi, 2016-cı ildə edam edilmiş Nimr Baqir əl-Nimrin şərəfinə adlandırılmışdı. Dini rəhbər Əli Xamenei Nimrin edamını “siyasi səhv və böyük günah” adlandırırdı. Onun ölümündən sonra rejim tərəfdarları Səudiyyənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum edib, daş və “molotov” kokteyli ataraq “Al Səuda ölüm” şüarları səsləndirmişdilər. Bu addım Ər-Riyadın Tehranla diplomatik münasibətləri 7 il müddətinə kəsməsinə səbəb olmuşdu.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi terrorizm ittihamı ilə digər 46 nəfərlə birlikdə Şeyx Nimr Baqir əl-Nimrin də edam edildiyini rəsmən açıqlamışdı.
2011-ci ildə Səudiyyə Ərəbistanındakı şiə etirazlarının liderlərindən biri olan Nimr Qumda təhsil almışdı.
Edamdan sonra Tehran Şəhər Şurası da bir küçəyə “Şeyx Nimr Baqir ən-Nimr” adını vermişdi. Amma hələ o zaman Xarici İşlər Nazirliyi buna etiraz etmiş, Tehran bələdiyyəsinə yazılı müraciət edərək küçənin əvvəlki adı olan Bustanı geri qaytarmağa çağırmışdı.
Mart ayında Pekində Çinin vasitəçilyi ilə Tehran və Ər-Riyad arasında səfirliklərin yenidən açılması ilə bağlı razılaşmadan sonra Nimrin adının küçələrdən yığışdırılacağı deyilirdi.
Bizim dindarları hədəf alan təbliğati materiallarda Səudiyyədə edam olunmuş Şeyx Nimr fiquruna xüsusi yer ayrılardı. Onun "pis Al Səud rejiminə" qarşı mübarizəsi haqda o qədər əfsanələr uydurulardı ki, nəyin gerçək, nəyin yalan olduğunu müəyyən etmək belə müşkülə çevrilirdi.
Xüsusən 2018 ci il Gəncə hadisələri və ötən il siyasi islamçıların aclıq aksiyası zamanı onun barəsində balladalar çoxalmış, bizim aclıq qəhrəmanı Nimrə bənzədilməyə, azəri Şeyx Nimr haqda yeni əfsanələr yazılmağa başlanmışdı. Pekinin vasitəçiliyi ilə Tehran-Ər Riyad anlaşmasından sonra əfsanədən imtina edilir, onun adı verilmiş küçələrdən Nimr yazılan lövhələr sökülür. Biz də elə bilirdik ki, oralarda tekokratik, ideoloji prinsipləri olan bir rejim var. Pekinin bir zəngi yetdi ki, merkantil rejim başqalarına aşıladığı ideoloji qəhrəman obrazından imtina etsin.
Cəmaləddin Quliyev
-
Səhiyyə01:41
Qəzada həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçirilir - CANLI
-
Region01:11
Narinin qətli ilə bağlı məhkəmə BELƏ QƏRAR VERDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlər ola bilər
-
İdman28 Dekabr 23:00
"Qarabağ"ın "vuran ayağı" "Sevilya"ya keçir - Bu tarixə kimi...
-
Magazin228 Dekabr 21:00
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
-
Ekologiya28 Dekabr 20:12
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Sosial28 Dekabr 19:24
Milli Qəhrəmanın oğlunun toyudur - FOTO
-
Pul28 Dekabr 19:12
Rusiyada dollar və avro YENƏ BAHALAŞDI