"Qarabağ" yenə məğlub oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" yenə məğlub oldu - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.

Publika.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

xxx

01:49

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Publika.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri fərqi üç topa yüksəldiblər - 3:0.

89-cu dəqiqədə Julian Byankon fərqlənib.

xxx

01:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri fərqi iki topa yüksəldiblər - 2:0.

60-cı dəqiqədə El Kaabi dubl müəllifi olub.

xxx

01:15

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda hesab açılıb.

Publika.az xəbər verir ki,Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri hesabda irəli çıxıblar - 1:0.

56-cı dəqiqədə El Kaabi adını tabloya yazdırıb.

xxx

00:10

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyunu start götürüb.

Publika.az xəbər verir ki, qarşılaşma Georgios Karaiskakis stadionunda keçirilir.

Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm