Avropa
Almaniya Prezidenti Türkiyəyə gedir
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərqə və Türkiyəyə səfər edəcək.
Publika.az Almaniya Prezidentinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, dövlət başçısı bölgəyə səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayacaq. Frank-Valter Ştaynmayerin Səudiyyə Ərəbistanına ötən ilin noyabrında planlaşdırılan səfəri Almaniyada koalision hökumətin dağılmasından sonra təxirə salınmışdı.
Almaniya Prezidenti Ər-Riyadda bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək və Kral Salman parkını ziyarət edəcək.
Prezident Frank-Valter Ştaynmayer fevralın 4-də İordaniyada olacaq, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edəcək. Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüş də nəzərdə tutulub.
Almaniya Prezidenti bölgəyə səfərini fevralın 5-də Türkiyəni ziyarət etməklə başa çatdıracaq. Qısa səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılıb.
-
Region04:14
İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən...
-
İdman02:12
UEFA Avropa Liqasında bu gün nələr baş verdi?
-
İdman01:56
"Qarabağ" yenə məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Böyük risklərdən çəkinin
-
Nəqliyyat30 Yanvar 23:24
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
-
Magazin130 Yanvar 22:36
“Bir hadisə yaşadım, hələ də şokdayam” - FOTO
-
İdman30 Yanvar 22:24
Ronaldo Sumqayıt klubunda - FOTO
-
Sosial30 Yanvar 21:36
Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ - FOTO