Azərbaycanda sahibkarlara yeni hüquq verilir: Videoya çəkəcəklər
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda sahibkarlara yeni hüquq verilir: Videoya çəkəcəklər

Azərbaycanda qanunvericiliyə nəzərdə tutuan dəyişikliyə əsasən sahibkarlar və biznes sahibləri biznesin yoxlamaları zamanı bir sıra hüquqlar əldə ediblər.

Publika.az xəbər verir ki, bu «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanuna ediləcək dəyişikliklərdə nəzərdə tutulur.

Yeni huquqlardan biri yoxlamaya icazə verilməməsi ilə bağlıdır.

Bundan başqa, sahibkarlar yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək hüququna malik olacaqlar.

Bundan başqa, sahibkarlar yoxlayıcı orqanların və yoxlayıcıların özünün qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququk qazanırlar.

Digər tərəfdən iş adamları yazılı izahatlar vermək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, həmçinin yoxlama zamanı baş verən, sahibkarın və ya yoxlayıcının hüquq və ya vəzifələrinə təsir edə biləcək faktlar barədə qeydlərin yoxlama aktına daxil edilməsini tələb etmək hüququ qazanırlar.

Eləcə də sahibkarın hüququ var ki, yoxlama zamanı tərtib olunmuş yoxlama aktı və digər sənədlərlə tanış olsunlar.

Maraqlı yenilikləndən biri odur ki, yoxlama zamanı sahibkarlar yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini apara bilərlər, hətta bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək olar.

Daha bir yenilik odur ki, sahibkarlar öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb edə bilərlər.

Qanuna edilən daha bir dəyişikliyə əsasən yoxlayıcı yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) istəyərsə, sahibkar həmin sənədləri verməyə bilər.

Eləcə də iş adamları yoxlayıcının qanunsuz tələblərini icra etməmək hüququna malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm