Nida Xəbər
Ordumuz Naxçıvanda komanda-qərargah təlimi keçirdi - FOTO
2023-cü tədris ilinə hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda birləşmə və hissələrlə növbəti komanda-qərargah təlimi keçirilib.
Publika,az xəbər verir ki, təlim birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılmaqla başlanılıb. Cəmləşmə rayonlarında düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə, maskalanma, müdafiə və mühafizə tədbirlərinin yerinə yetirilməsi sualları məşq etdirilib.
Təlimdə qarşıya qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, əməliyyatların gedişində komandirlər tərəfindən mürəkkəb şəraitdə qərarların qəbuledilməsi, tabelikdəki bölmələrin idarə olunması və motoatıcı bölmələrlə digər qoşun növü bölmələri arasında qarşılıqlı əlaqənin saxlanılması üzrə zabitlərin bacarıqlarının təkmilləşdirilməsi və praktiki vərdişlərinin artırılması kimi məqsədlər qoyulub.
Təlimin növbəti mərhələsində yaranmış taktiki şəraitə uyğun olaraq vəziyyət qiymətləndirilməsi aparılıb, tabelikdə olan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib. Planlaşdırmanın gedişində qərargahlar tərəfindən taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanıb. Müxtəlif rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə etməklə hissə və bölmələrin idarə olunması üzrə sərəncamların və qrafiki sənədlərin göndərliməsi praktiki olaraq həyata keçirilib.
Təlimə cəlb olunan artilleriya, tankəleyhinə, hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə birgə fəaliyyətləri məşq etdirilib. Əsas diqqət bölmələrin dağlıq ərazidə fasiləsiz idarəolunmasına, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkilinə yönəldilib.
Təlimin gedişində artilleriya bölmələrinin atəş dəstəyindən faydalanan mexanikləşdirilmiş bölmələr şərti düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsi üçün taktiki tapşırıqları icra ediblər.
Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bölmələr arasında uzlaşmış fəaliyyətlərə nail olunduğu, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib.
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR