Nida Xəbər
Azərbaycan İrpen şəhərinin bərpasında iştirak edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.
Publika.az Ukraynanın Prezident Ofisinin saytına istinadən xəbər verir ki, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib.
O, Rusiyanın silahlı təcavüzünün nəticələrinin, xüsusən də Rusiya Federasiyasının Kaxovka Su Elektrik Stansiyasında törətdiyi texnogen fəlakətin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Volodimir Zelenski Azərbaycanın Ukrayna sülh formulunun həyata keçirilməsində fəal iştirakına və Qlobal Sülh Sammitində iştirakına ümid etdiyini söyləyib.
Prezident Azərbaycan iş adamlarını indidən infrastruktur və enerji layihələrinin icrasına qoşulmağa dəvət edib.
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı