Baş prokuror tələbələrin buraxılış işlərinin müdafiəsində
Bizi izləyin

Nida Xəbər

Baş prokuror tələbələrin buraxılış işlərinin müdafiəsində

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.

Publika.az xəbər verir ki, müdafiə prosesində BDU-nun rektoru Elçin Babayev də iştirak edib.

Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev, sədr müavini Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, üzvləri isə kafedra müdirləri və Hüquq klinikasının rəhbəridir. Baş prokuror Kamran Əliyevin Komissiyaya sədrlik etməsi hüquqşünas tələbələrdə prokurorluq orqanlarında çalışmağa həvəs yaratmaqla yanaşı, onların peşəkar hüquqşünas kimi formalaşmasında mühüm rol oynayır.

Müdafiə prosesi Baş prokurorluqda 5 gün ərzində keçirilib. Təqdim edilmiş buraxılış işlərinin əksəriyyəti yüksək qiymətləndirilib və tələbələrin müdafiəsi müvəffəqiyyətlə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm