Nida Xəbər
Əli Əsədov bu qaydaları təsdiqlədi
Nazirlər Kabineti “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası”nı təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
xxx
Nazirlər Kabineti “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nı təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
xxx
Nazirlər Kabineti “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”nı təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
xxx
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları” təsdiq edilib.
Publika.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qaydaların məqsədləri üçün xarici ölkələrdəki nümayəndələrin ailə üzvləri dedikdə, xarici ölkələrdəki nümayəndələrin xidmət
etdikləri dövlətdə onlarla birlikdə yaşayan nümayəndənin əri (arvadı), uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları başa
düşülür.
Xarici ölkələrdəki nümayəndələrin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsindən Xidmətə ayrılmış vəsaitlər dairəsində “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə, mərkəzləşdirilmiş qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.
Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə hərbi qulluqçunun xidmət yerinin və pul təminatının saxlandığı digər hallar istisna olmaqla, xarici ölkələrdəki nümayəndələr təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə, onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir.
xxx
Nazirlər Kabineti “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nı təsdiqləyib.
Publika.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Belə ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarda müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması, formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsi, reyestrin aparılması məqsədləri, prinsipləri və forması, onun strukturu və reyestrə daxil ediləcək məlumatların predmeti, habelə ondan birbaşa istifadə edəcək subyektlərin dairəsi nəzərdə tutulub.
Müvafiq qərar qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını müəyyən edir. Qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində qaz paylayıcısı ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirməlidir.
Qərarın qəbul edilməsində məqsəd istehlakçının qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və pozuntuların aşkar edilməsidir.
Müvafiq qərarda monitorinqin keçirilməsinin məqsədi, subyektləri, müddəti, üsulları, habelə nəticələrinin rəsmiləşdirilməsi qaydası nəzərdə tutulmuşdur.
Monitorinq nəticəsində müayinə və texniki xidmət işləri ilə əlaqədar istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismar olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, qanun pozuntularının qarşısının alınması və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılması təmin ediləcək.
İstehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmət onun seçimi ilə qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir.
Həmçinin, istehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidir.
İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması və verilməsini, qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Hadisə15:20
Azərbaycanda faciəli şəkildə ölən müstəntiqin FOTOLARI
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi