Nida Xəbər
Qərbi Azərbaycan İcması Xaçatryanın həbsini alqışlayır
Qərbi Azərbaycan İcması 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirakına görə onilliklər ərzində Azərbaycanın beynəlxalq axtarış siyahısında olan Vaqif Xaçatryanın çoxdan gözlənilən həbsinin nəhayət baş tutmasını alqışlayır.
Publika.az xəbər verir ki, bu barədə icmanın açıqlamasında deyilir.
"Azərbaycan hüquq-mühafizə orqanlarının bu uğuru Meşəli qətliamından sağ çıxanların qəlbinə böyük təsəllidir.
Biz ümid edirik ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda ittiham olunan şəxslərin hamısı tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaqlar.
Hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş və hazırda Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxsləri bu ölkənin mühakimə etməkdən ardıcıl şəkildə imtina etməsi ciddi narahatlıq doğurur. Üstəlik, bu yaxınlarda Ermənistan hökumətinin həbs edilmiş şəxsə birmənalı dəstək verən bəyanat yayması Ermənistanın bu cür mənfur cinayətkarlara himayədarlıq etdiyini sübuta yetirir. Ermənistanın belə davranışı beynəlxalq qınaq tələb edir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə dəvət etməyə və bu ölkəni hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən bir milyona yaxın azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən zorla çıxarılması, 20 000-dən çox mülki azərbaycanlının qətlə yetirilməsi, yüzlərlə Azərbaycan yaşayış məntəqəsinin viran edilməsi, Azərbaycan torpaqlarının minalarla çirkləndirilməsində iştirak edən və Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxslərin cinayət təqibini həyata keçirmək ilə bağlı öhdəliyini yerinə yetirməyə məcbur etməyə çağırır.
Daima ədalət axtarışında olan Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müdafiə etmək öhdəliyinə sadiq qalmaqla, qəti şəkildə inanır ki, regionda davamlı sülh və barışıq yalnız haqq-ədalətin öz yerini tapdığı halda bərqərar ola bilər", - açıqlamada bildirilir.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto