Nida Xəbər
Almaniya 387 azərbaycanlıya rədd cavabı verdi
Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavabında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, 2023-cü ilin ilk yeddi ayı ərzində federal idarəyə ümumilikdə 1 016 Azərbaycan Respublikası vətəndaşı sığınacaq ərizəsi ilə müraciət edib. Onlardan 852 nəfər ilk dəfə, 164 nəfər isə ikinci dəfə ərizə ilə müraciət edənlərdir. Müraciət edənlərin əksəriyyəti Ukraynada yaşamaq hüququna sahib olan Azərbaycan vətəndaşlarıdır.
Sığınacaq axtaranların yalnız 28 nəfərinə Cenevrə Konvensiyasına uyğun olaraq qaçqın statusu verilib. 387 nəfərin sığınacaq ərizəsi rədd edilib, vətəndaşı olduqları ölkəyə könüllü qayıtmaları ilə bağlı qərar verilib.
BAMF-dən bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya sığınacaq üçün ümumilikdə 188 967 nəfər müraciət edib (175 272 ilkin və 13 695 sonrakı müraciət). Ötən ilin eyni dövrü ilə müqayisədə (98 395 ilkin müraciət) bu, 78,1 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 13 808-i Almaniyada bir yaşa qədər doğulmuş uşaqlarla bağlı olub.
-
MDB15:40
Putindən Qərbi çaş-baş salacaq çağırış: Gəlin mərc edək ki...
-
Qoroskop15:16
Ən dələduz 5 bürc: Hamını aldatmağı bacarırlar
-
MDB14:20
Putindən qorxunc mesaj: Bu halda nüvə silahı olmayan ölkəyə də nüvə zərbəsi endirəcəyik
-
Nida Xəbər 14:02
Əli Əsədovdan daha bir qərar
-
Nida Xəbər 13:26
Azərbaycanda generallar məhkəməyə çağırıldı - Biri Kərəm Mustafayevdir / FOTO
-
Hadisə12:30
Meyiti tapılan bloger bu klinikada əməliyyat olunub - 5 min veribmiş / FOTO
-
Nida Xəbər 11:30
Fərid Vəliyevə PA-da vəzifə verildi - FOTO
-
Sosial11:08
Azərbaycanda bloger evində ölü tapıldı