Nida Xəbər
Azərbaycanın sülh səylərini alqışlayırıq - ƏRDOĞAN

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq.
Publika.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.
“Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi”- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.
Prezident isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:
“Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik”.

-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar
-
Nida Xəbər 27 Sentyabr 23:00
Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - VİDEO
-
Dünya27 Sentyabr 22:08
Dağıstanda atışma: Ölən və yaralananlar var
-
İdman27 Sentyabr 21:00
İranlı qadınlara Neymarı izləmək icazəsi verildi
-
Nida Xəbər 27 Sentyabr 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Qarabağ 27 Sentyabr 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial27 Sentyabr 17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video