Nida Xəbər
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.
Publika.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin, ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınnın ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi
-
Magazin111:50
Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı
-
Tarix11:35
ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
-
Sosial10:55
“Vosmoy” bazarı bu əraziyə köçürülür
-
İdman10:50
Futbolçuların varlı xanımları: Siyahıda kimlər var? - FOTOLAR
-
Sosial10:20
"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA