Nida Xəbər
Şəhid Xudayarın anası: "Bizim seçimimiz İlham Əliyevdir"
"Bizim dövlətimiz gündən-günə inkişaf edir, möhkəmlənir və qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk".
Publika.az xəbər verir ki, bunu şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevə dəstək yürüşündə deyib.
Onun sözlərinə görə, bütün şahid ailələri Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub:
"Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin sağalması yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar düşmənə qaya kimi sipər oldular, dağ kimi dayandılar. Xalqımız çox vətənpərvər, qəhrəman bir xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirməyə, Vətənimizi qorumağa hazırdır. Bizim seçimimiz müzəffər Ali Baş Komandan İlham Əliyevdir".(Report.az)
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -









.jpg)







.png)















