Nida Xəbər
"Seçkilər qardaş Azərbaycan xalqı üçün xeyirli olsun"
Prezident seçkilərinin nəticəsinin qardaş Azərbaycan xalqı və bölgə üçün xeyirli olmasını arzu edirəm.
Publika.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə “X”də yazıb.
“Can Azərbaycanda bu gün (dünən-red) keçirilən prezident seçkilərində Azərbaycan xalqının dəstəyi ilə yenidən prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə gələcəyə daha güclü, qətiyyətli şəkildə irəliləməyə davam edecək”, - C.Yılmaz bildirib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək





































