Bu iddianın heç bir əsası yoxdur - XİN
Bizi izləyin

Nida Xəbər

Bu iddianın heç bir əsası yoxdur - XİN

Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

"Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsası yoxdur, məhz Ermənistan öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur", - XİN sözçüsü bildirib.

A.Hacızadə qeyd edib ki, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm