Nida Xəbər
“Azərbaycanla Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq dərinləşir” - Qafarov
“Azərbaycan və Türkiyə Prezidentlərinin seçkilərdən sonra ilk rəsmi dövlət səfərini qardaş ölkəyə etmələri artıq ənənə şəklini almışdır. Bu ənənə Azərbaycan və Türk xalqlarının əsrlərdən bəri davam edən səmimi dostluq və qardaşlıq münasibətlərinin əsasında formalaşmışdır. Bu gün isə, Azərbaycan-Türkiyə münasibətləri artıq sadəcə iki ölkənin və hətta sadəcə regionun gələcəyinə deyil, qlobal miqyasda beynəlxalq proseslərin gedişinə təsir edəcək bir amilə çevrilmişdir”.
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 18-də qardaş Türkiyəyə etdiyi rəsmi dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. “Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibli görüşlər zamanı bir çox vacib məsələlər, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələr müzakirə edilib, Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi aparılıb.”
K.Qafarov qeyd edib ki, müasir dünyada gedən proseslərin fonunda Azərbaycan ilə Türkiyə arasında, ilk növbədə, məhz hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi getdikcə öz əhəmiyyətini artırır: “Təsadüfi deyil ki, dövlət başçılarının keçirdikləri geniş tərkibli görüş zamanı cənab Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğuladı. Möhtərəm dövlət başçımız prezident seçkilərindən iki gün sonra şəxsən iştirak etdiyi ilk tədbirin də “Bayraktar Akıncı” PUA-sının təqdimatı olduğunu diqqət mərkəzinə gətirdi. Qeyd olundu ki, bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənir. Təbii ki, Azərbaycan səmasında PUA-ların uçması ölkəmiz üçün yeni imkanlar yaradır. Həmçinin cənab Prezident İlham Əliyev “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Əlaqələrini artıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş iki qardaş ölkənin bilavasitə hərbi sahədə əməkdaşlıq əlaqələri xüsusi önəm kəsb edir. Dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün Azərbaycan və Türkiyə orduları bir yumruq anlamına gəlib və hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir. Əlbəttə ki, bütün bunlar ölkələrimizin hərbi qüdrətinin artmasına xidmət edir. Həm Vətən müharibəsinin, həm də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri bir daha təsdiq etdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam mənimsənilib və yüksək effektivliklə tətbiq edilir”.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”