"Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar" - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar" - YENİLƏNDİ

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.

Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".

xxx

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Berlində erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşü başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm