Nida Xəbər
Saxta yolla pensiyaya çıxanların NƏZƏRİNƏ: "Belə olan halda..."
Azərbaycanda saxta yolla qəyyumluğa və ya övladlığa uşaq götürərək daha tez pensiyaya çıxmağın qarşısı alınacaq.
Publika.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi Trend-ə şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırki qanunvericiliyə görə, qohum uşaqlarını qəyyumluğa götürməklə uşaqların sayı 5 və daha çox olardısa, 5 il daha tez pensiyaya çıxmaq hüququ yaranırdı.
“Praktika göstərir ki, belə hallarda daha çox subyektiv olaraq uşaqların adı sənəddə öz əksini tapırdı, amma faktiki olaraq uşaqlar elə öz ailələrində yaşayırdı. Yəni burada bir qədər qanundan sui-istifadə halları yaranırdı. İndiki dəyişiklikdən sonra yalnız valideyn himayəsindən məhrum olmuş və yaxud valideynini itirmiş uşaqlar övladlığa və ya qəyyumluğa götürülərkən bu hüquq yaranır.
Belə olan halda isə həm sui-istifadə halları aradan qalxacaq, həm də ailələrə daha çox stimullaşdırıcı təsir göstərəcək ki, valideyin himayəsindən məhrum olan uşaqları qəyyumluğa və yaxud valideyn himayəsinə götürsünlər”, - deyə o, əlavə edib.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin martın 29-da keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
-
Nida Xəbər 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA