Ceyhun Bayramov COP29-dan danışdı
Bizi izləyin

Nida Xəbər

Ceyhun Bayramov COP29-dan danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasını Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumatlandırıb.

Publika.az xəbər verir ki, bunu Azərbaycan XİN başçısı "X" hesabında yazıb.

"Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında iştirak və çıxış etməkdən məmnunam. Qlobal transformasiya problemlərinin həlli üçün regionumuzda əməkdaşlığın vacibliyini vurğuladım. COP29 və regionda münaqişədən sonrakı vəziyyət haqqında da məlumat verdim",- o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm