Nida Xəbər
Paşinyan Azərbaycanla sərhəddə: Sakinlərə nə deyib? - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətindədir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan öz “Facebook” səhifəsində yazıb.
“Voskeparda baş nazir yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən sərhədlərin demarkasiyası prosesi ilə bağlı vəziyyəti təqdim edib. Sonra o, kənd sakinlərinin suallarını cavablandırıb”, - deyə Baqdasaryan qeyd edib.
Qeyd edək ki, görüşdən əvvəl “Ermənistan Dövlətçiliyi Naminə” Koordinasiya Mərkəzi Voskeparda baş nazirlə görüş zalına iştirakçıların girişinin məhdudlaşdırıldığı barədə məlumat yayıb.
Öz növbəsində bir aydır Voskeparda yaşayan politoloq Suren Petrosyan qeyd edib ki, Paşinyanla görüş qapalı olub, insanlara heç nəyi lentə almağa icazə verilməyib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı martın 18-də Voskeparda olub, sakinlərə 10 gündən sonra geri dönəcəklərini vəd edib. Amma əslində bunu bir ay sonra edib.
Tural
-
Sosial23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin223:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO