Nida Xəbər
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
“Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin nazir müavini olan general oğluna məxsus şirkətlə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb”.
Publika.az xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın “Facebook”da yazıb.
“Ramiz Mehdiyev AMEA prezidenti olanda oğlunun şirkətinə 10,4 milyon manat pul köçürüb və qarşılığında heç bir iş görülməyib. Hesablama Palatası da bununla bağlı Baş
Prokurorluğua müraciət edib ki, burda cinayət əməli olduğu üçün tədbir görsünlər.“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində açıq şəkildə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Elm və Təhsil Nazirliyi cavab versin görək ki, dərslik çap etmək nə zamandan məxfi məlumat olub? Yaxud, cavab versinlər görək, 2 milyonluq satınalma üçün niyə tender müsabiqəsi keçirilməyib? Axı Qanunun 49-cu maddəsində bir mənbədən satınalma metodunun hansı hallarda tətbiq olunacağı açıq şəkildə qeyd olunub” – deyə, iqtisadçı vurğulayıb.(“Yeni Sabah”)
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi