Nida Xəbər
Azərbaycan Türkiyə ilə KOB sahəsində 2 anlaşma memorandumu imzalandı
Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Publika.az bu barədə KOBİA-ya istinadən xəbər verir.
Memorandumda KOB sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müxtəlif tədbirlər nəzərdə tutulur. Sənədi KOBİA-nın sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıb.
Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.
O. Məmmədovun İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcukla keçirdiyi görüşdə qarşılıqlı ekspert mübadiləsi imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilati dəstək məsələləri müzakirə edilib.
KOBİA və SESRİC arasında da əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur.
İndiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyət protokolu imzalanıb. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlik vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək mexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas götürülməklə hazırlanıb.
-
Region14:16
Putin göstəriş verib, iki təyyarə havaya qalxıb: Birinci təyyarə Təbrizə yaxınlaşanda...
-
İdman13:41
Martda Bakıda olan sarışın gözəli sevgilisinə necə uğur gətirdi? - FOTOLAR
-
Region12:17
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək
-
Region11:38
Dairə daraldı: Rəisinin varisinin kim olacağı açıqlandı
-
Nida Xəbər 11:06
Bakıda İran bayrağı endirildi - Foto
-
İdman10:11
Dünyanın ən seksual idmançısı açıq geyimi ilə pərəstişkarlarını heyran etdi - FOTOLAR
-
Region09:54
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır - VİDEO
-
Elm və təhsil09:12
Abituriyentlərin nəzərinə: Hər iki altqrupu seçənlər...