Nida Xəbər
Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş Regional direktoru Arnold Kraylhuber ilə görüşüb.
Publika.az xəbər verir ki, ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin dayanıqlı inkişaf məqsədlərindən olan yer kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb.
Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, Azərbaycanda son illər könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.
ƏMP Regional direktoru ilə keçirilən görüşdə IDEA İB-nin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilib, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərdə meşələr qırılıb, su hövzələri çirklənib, təbii ehtiyatlar amansızcasına istismar olunub, nəticədə ölkə ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan, işğala məruz qalmış ərazilərdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.
IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.
-
Region21 İyun 23:40
Türkiyədə güclü meşə yanğını: tüstüdən zəhərlənənlər var
-
Hadisə21 İyun 23:00
Şimşək, leysan, sel: Rayonlarda hazırkı vəziyyəti əks etdirən görüntülər - VİDEO
-
Ekologiya21 İyun 22:12
Dərhal həmin ərazini tərk edin! - Əhaliyə sellə bağlı XƏBƏRDARLIQ
-
Elm və təhsil21 İyun 20:30
Sertifikasiya imtahanında maksimum nəticə göstərən 13 riyaziyyat müəllimi - ADLAR/FOTOLAR
-
Magazin121 İyun 19:40
Yəhudi əsilli iş adamı azərbaycanlı müğənniyə evlilik təklifi etdi - FOTO
-
Hadisə21 İyun 19:00
Güclü külək onun ölümünə səbəb oldu: 21 yaşlı Rəvanın FOTOSU - YENİLƏNDİ
-
Dünya21 İyun 18:42
Belarus XİN Ermənistana etiraz notası göndərdi
-
Cənubi Qafqaz21 İyun 17:45
Sarkisyanla əlaqəli şəxslərin əmlakı müsadirə edilir