Ərdoğanın Paşinyana zəngi erməniləri qorxudub: Şərtləri Ankara irəli sürür
Bizi izləyin

Nida Xəbər

Ərdoğanın Paşinyana zəngi erməniləri qorxudub: Şərtləri Ankara irəli sürür

Türkiyə rəsmi ritorikaya baxmayaraq, Ermənistanla münasibətlərin normallaşdırılması üçün şərtlər irəli sürməyə davam edəcək.

Publika.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a türkoloq Mher Abramyan iyunun 18-də Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Ərdoğan arasında telefon danışığını şərh edərkən deyib.

Abrahamyan söhbətlə bağlı rəsmi hesabatın heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırlığından bəhs edən hissəsinə diqqət çəkib.

“Əlbəttə, ilkin şərtlər olmadan heç bir prosesdən söhbət gedə bilməz, lakin bu fraqment Türkiyənin Ermənistanla danışıqlarda istifadə etdiyi yumşaq gücü ən yaxşı şəkildə nümayiş etdirir. Tavuşda – bütün bunlar yumşaq da olsa, Türkiyənin təzyiq taktikasının təzahürü kimi qiymətləndirilməlidir”, - deyə türkoloq qeyd edir.

Onun sözlərinə görə, normallaşma prosesi açıq şəkildə göstərir ki, Türkiyə gündəmi diktə edir - şərtləri yalnız Ankara irəli sürür. Xüsusilə, nə Türkiyə, nə də Azərbaycan “Zəngəzur dəhlizi” ideyasından –Azərbaycandan Naxçıvana, oradan isə Ermənistan vasitəsilə Türkiyəyə qədər uzanan ekstraterritorial marşrut ideyasından əl çəkməyib. Türkiyə həmçinin Ermənistan hakimiyyətindən Osmanlı İmperiyasında Erməni Soyqırımı mövzusunu unutdurmağı tələb etməkdə davam edir.

Abrahamyan hesab edir ki, Türkiyə üçün Marqara keçid məntəqəsi vasitəsilə Ermənistanla quru sərhədinin açılması böyük əhəmiyyət kəsb etmir, “Zəngəzur dəhlizi” adlanan yerin yaradılması daha vacibdir. Bu dəhliz açılsa, Marqara keçid məntəqəsindən keçən yol Ankara üçün mənasını itirəcək. Lakin bu plan həyata keçməsə, o zaman Türkiyə Ermənistanda təsirini gücləndirmək üçün keçid məntəqəsi açmağı düşünə bilər.

İki ölkənin xüsusi nümayəndələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda uzun fasiləyə gəlincə, ekspert hesab edir ki, bu, həm də dəhliz məsələsi ilə bağlıdır. Ermənistan tərəfi hələ ki, onun açılmasına müqavimət göstərir, lakin Azərbaycanla sərhədin delimitasiyası başa çatdıqdan sonra bu məsələnin yenidən gündəmə gələcəyini düşünməyə əsas var.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm