Ermənistan öncə bu kəndi qaytarır: Siyahıdan çıxarıldı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Ermənistan öncə bu kəndi qaytarır: Siyahıdan çıxarıldı - VİDEO

Martın 7-də Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının iclasından sonra Azərbaycanın baş nazirinin müavini Şahin Musafayev bəyan etdi ki, Bakı Tavuş rayonu ilə sərhəddə yerləşən Qazaxın dörd kəndin dərhal geri qaytarılmasını tələb edir. Bundan sonra isə Ermənistanın işğal etdiyi dörd anklav kənd də Azərbaycana qaytarılmalıdır. Bunlar Yuxarı Əskipara, Sofulu, Barxudarlu, həmçinin Naxçıvanın Kərki kəndidir.

İrəvan artıq Bakının tələblərinin bir hissəsini yerinə yetirib, 4 kənd qaytarılıb. Bundan sonra anklavlar qaytarılmalıdır.

Publika.az xəbər verir ki, Ermənistan öncə Kərki kəndini Azərbaycana qaytaracaq. Bu barədə erməni siyasətçi Mesrop Arakelyan bildirib. Onun sözlərinə görə, hakimiyyətin Kərkidə abadlıq, mənzil tikintisi planları yoxdur. “Hökumətin iclasında Qarabağdan gələn ermənilərə veriləcək mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi haqqında qərar qəbul edildi. Təsdiqlənmiş kənd və şəhərlərin siyahısında yalnız Kərki yoxdur. Bütün digər şəhərətrafı kəndlər siyahıya daxildir. Bizə aydındır ki, hakimiyyət bu qərarla Kərkini Azərbaycana qaytarır”, - deyə o qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm