Parlamentdə mühüm müzakirə: Antiterror tədbirləri nəticəsində...
Bizi izləyin

Nida Xəbər

Parlamentdə mühüm müzakirə: Antiterror tədbirləri nəticəsində...

Bölgədə sülhün bərqərar olması istiqamətində işlər görülür. Qazaxın 4 kəndinin geri qaytarılması bu istiqamətdə atılan ilk addımdır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, bölgəyə sülhün gəlməsi üçün Ermənistanın işğalına son qoyulmalı idi: “2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdi”.

Deputat bildirib ki, Ermənistana bu gün qahmar çıxmağa çalışan Fransanın isə bölgəyə sülhün gəlməsinə maneə olmağa çalışır:

“Amma Fransa buna nail ola bilməyəcək. Prezident İlham Əliyevin sayəsində bölgəyə daimi sülh gələcək. Ona görə də, Azərbaycan Prezidenti bu xidmətlərinə görə Nobel sülh mükafatına layiq olan liderlərdəndir”.

Deputat Səməd Seyidov isə bunları deyib:

"Artıq Qazaxın kəndləri təhvil verilib. Bu, tarixi hadisədir. Bu gün yeni bir reallıq yaşayırıq. Bölgəyə sülh gəlir. İşğal bitib. Azərbaycan Prezidenti Cənubi Qafqazda əbədi sülhün bərqərar olması üçün bütün imkanları səfərbər edib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm