Nida Xəbər
Ceyhun Bayramov Mahmut Özəri qəbul etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 24-də Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb.
Nazir Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə çatdığını vurğulayıb.
XİN rəhbəri Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək, Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini ifadə edib.
-
Avropa08:12
Şahzadə Diananın valideynlərinin evi bu qiymətə satılır - FOTO
-
Səhiyyə07:47
Diş çıxaran dərman bu tarixdə satışa çıxarılacaq
-
Ekologiya07:17
Havanın temperaturu enəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Sosial06:46
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
-
ABŞ05:15
Assanj "WikiLeaks"ə məlumatları məhv etməyi ƏMR ETDİ
-
Sosial03:43
Xəyanətin psixoloji markerləri: bu kişilər aldatmağa meyillidirlər
-
Magazin102:42
Xalq artistlərinin rəqsi gündəm oldu - VİDEO
-
MDB00:45
Mahaçqalanın mərkəzində yenidən atışma baş verdi