Nida Xəbər
İcmadan Simonyana: Qarakilsə, Basarkeçər və Qafanda...
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin və parlament rəhbərliyinin Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn çıxışları ilə bağlı bəyanat verib.
Publika.az bəyanatın mətnini təqdim edir:
“Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin həm beynəlxalq hüququn tələbi olaraq, həm də sülh prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları rədd etmiş və “etnik təmizləmə”, “soyqırımı” kimi qəbulolunmaz ifadələrlə Azərbaycanı ittiham etməyə cəhd etmişdir.
Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi daxil olmaqla onların hüquqlarının bərpa edilməsi üçün çalışmalıdır. Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinin qarşıdurma yolunu seçərək, regionda sülh perspektivlərini qeyri-müəyyən məcraya sürükləməsini pisləyir və dünya ictimaiyyətini Ermənistanın konstruktiv xətt tutması üçün bu ölkəyə təzyiq göstərməyə çağırır".
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO