Nida Xəbər
Ceyhun Bayramov İqor Xovayev ilə görüşdü - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.
C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika22:30
Əliyev, Ərdoğan və Şərif arasında üçtərəfli görüş keçirildi - FOTO/YENİLƏNDİ
-
Magazin122:12
Cavan Zeynallı 14 kiloqram arıqladı: psixoloqum deyir ki... - FOTO
-
Magazin120:40
Xatirənin Xankəndidəki evi - VİDEO
-
Kriminal19:20
Azərbaycanda vəzifəli şəxs barədə cinayət işi başlandı
-
Region19:05
Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı: Merih Demirala görə...
-
Nəqliyyat18:48
İctimai nəqliyyatda güzəştlər tətbiq edilə bilər - RƏSMİ
-
İdman17:28
Merihin "bozqurd"u erməniləri əl-ayağa saldı: UEFA-dan görün nə tələb edirlər
-
İdman16:54
Ronaldo ölüm ayağında olan 4 yaşlı fanatına belə jest etdi - FOTO