Mirzoyan Estoniyada Ermənistanın prioritetlərini təqdim etdi: Türkiyə və Azərbaycanla...
Bizi izləyin

Nida Xəbər

Mirzoyan Estoniyada Ermənistanın prioritetlərini təqdim etdi: Türkiyə və Azərbaycanla...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində Estoniyanın Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində (ICDS) dəyirmi masada iştirak edib.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müzakirələrdə ekspert dairələrinin nümayəndələri, eləcə də Estoniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər. Mirzoyan dəyişən geosiyasi şəraitdə Ermənistanın xarici siyasət prioritetlərini, mövcud çağırışları və onların aradan qaldırılması üçün atılan addımları təqdim edib.

Mirzoyan Ermənistanın regionda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsinə dair baxışını, onun həyata keçirilməsi üçün göstərdiyi səyləri və daimi çağırışları vurğulayıb.

Tərəflər Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə, dialoq yolu ilə əldə olunan razılaşmalara, onların həyata keçirilməsinin vacibliyinə toxunublar. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunan Mirzoyan sülh müqaviləsinin imzalanmasının və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm