Nida Xəbər
Zakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşdü
![](https://publika.az/storage/2024/06/28/mdf1.jpg?v1719783518)
Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəlcə Budapeşt şəhərində yerləşən "Qəhrəmanlar meydanı" ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.
Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
![](https://publika.az/storage/2024/06/28/mdf.jpg)
![](https://publika.az/storage/2024/06/28/mdf2.jpg)
![](https://publika.az/storage/2024/06/28/mdf4.jpg)
![](https://publika.az/storage/2024/06/28/mdf3.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman01:00
İspanlar darmadağınla 1/4 finalda - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu adam sizdən sui-istifadə etmək istəyir
-
Sosial30 İyun 23:36
"Birlikdə böyüdülər və birlikdə vəfat etdilər" - Ailə faciəsinin YENİ DETALLARI
-
İdman30 İyun 23:05
İngiltərə millisi 1/4 finalda - YENİLƏNDİ
-
Kriminal30 İyun 22:36
Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: "Qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib" - VİDEO
-
Sosial30 İyun 20:48
Avtobus və metroda gediş haqqı 50 QƏPİK OLDU
-
Enerji30 İyun 20:27
"Aİ 92"i nə qədər bahalaşıb? - YENİ QİYMƏT
-
Sosial30 İyun 19:36
Faciəvi qəzada ölən müəllimin FOTOSU