Nida Xəbər
Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir
![](https://publika.az/storage/2024/07/04/ssssss.jpg?v1720337424)
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.
Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Region10:48
Türkiyə bayrağına hücum edən daha bir şəxs ələ keçirildi - FOTO
-
İdman10:36
Arda Gülər Ronaldonun nailiyyətini təkrarladı
-
Avropa08:36
Ayı balıq tutan qadını PARÇALADI
-
Sosial08:12
Ötən gün öldürülən polis kapitanının FOTOSU
-
Magazin104:44
“Heç narahat olur ki, birdən başıma nəsə gələr?” - FİOTO
-
Magazin203:13
“Avatar” və “Titanik” filmlərinin prodüseri vəfat etdi
-
Hadisə01:30
Azərbaycanda ZƏLZƏLƏ OLDU
-
İdman00:57
Türkiyə Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNDİ