Nida Xəbər
Ramil Səfərovun xanımı deputatlığa namizəd olur
Bakı Dövlət Universiteti rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova deputatlığa namizəd olacaq.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, 119 saylı Ağdam seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Şəbnəm Səfərova məşhur "Qarabağ Azərbaycandır" elektron platformasının və agdam.org saytının təsisçilərindən biri, ordumuzun zabiti Ramil Səfərovun həyat yoldaşıdır.
Şəbnəm Səfərova Ağdam şəhərində anadan olub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki UNEC) "Beynəlxalq İqtisadi Münasibətlər” fakultəsində, Xüsusi İstedadlar qrupunda alıb. ADA universitetində "MBA - Biznesin İdarə Edilməsi” üzrə magistr dərəcəsini bitirib. "Layihələrin idarə olunması” üzrə ABŞ-ın Kaliforniya Universiteti, İrvine Məktəbində sertifikasiya proqramı keçirib.
Əmək fəaliyyətinə 2008-ci ildə Xarici İşlər Nazirliyinin "İqtisadi əməkdaşlıq və inkişaf” şöbəsində başlayıb. 2010-2012ci illərdə dünyanın 4 böyük audit şirkətindən (Big 4) biri olan PriceWaterhouseCoopersdə (PwC) auditor kimi çalışıb. 2012-2018-ci illərdə BP neft şirkətində "Maliyyə məsələləri üzrə analitik” vəzifəsində işləyib. 2020-ci ilin əvvəlinədək MedCmG (Medical Consulting & Marketing Group) şirkətinin direktoru olaraq çalışıb. Hazırda Bakı Dövlət Universitetində təhsilin rəqəmsallaşdırılması üzrə həyata keçirilən, ABŞ-a məxsus olan "Blackboard SaaS” layihəsinin rəhbəridir.
Korporativ fəaliyyətlə yanaşı 2013-cü ildən başlayaraq fərdi sahibkarlıq fəaliyyətilə məşğuldur. 2018-ci ildən başlayaraq ölkə universitetlərinin ingilisdilli fakultələrində müqaviləli-müəllim kimi fəaliyyət göstərir.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?