Nida Xəbər
Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi
Bakıda həbsdə olan Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib.
Publika.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb.
Erməni milyarder bildirib ki, o, Paşinyanla söhbətində Ermənistanın siyasətinə qarışmayacağını deyib: "Əgər baş nazirin mənimlə bağlı hər hansı sualı olarsa, o, 2022-ci ilin noyabrında, mən həm də "dövlət naziri" (Vardanyan Qarabağ separatçılarının qondarma qurumunda 108 gün "dövlət naziri vəzifəsi" tutub - red.) vəzifəsini icra etdiyim zaman mənə müraciət edərdi. İstənilən halda mən indi də onun istənilən sualına cavab verməyə hazıram.
Baş nazirə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yazında onunla ilk dəfə həmkarlarımızla - dördümüz görüşəndə ona dedim ki, biz Ermənistan hakimiyyətinə münasibətdən asılı olmayaraq, xeyriyyəçiliklə məşğul oluruq, çünki bunu xalq üçün edirik.
İndi xalqımız öz tarixinin ən çətin dövrlərindən birini yaşayır, lakin mən inanıram ki, çətinliklərə və fikir ayrılıqlarına baxmayaraq, biz bu mərhələni keçib, sülh və işıqlı gələcək qura biləcəyik".
-
Kriminal12:49
Bir ailənin qətliamına görə - Ömürlük həbs!
-
Sosial12:15
Ev almaq istəyən aztəminatlı ailələrə ŞAD XƏBƏR
-
Rəsmi xronika11:19
Prezident: Bu günü biz birlikdə Xankəndidə qeyd edirik
-
Qoroskop11:10
Günün ən şanslıları: bu üç bürcü xoş sürprizlər gözləyir
-
Sosial10:40
Artıq nə vaxt öləcəyinizi biləcəksiniz: Bu üsulla
-
MDB09:58
Priqojinin əşyaları muzeydə: Görün Şoyqu ona nələr veribmiş - FOTO
-
MDB09:12
İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?
-
Region09:00
Türkiyədə siam əkizləri uğurla ayrıldı