“Qida məhsulları” anlayışı daha genişdir” - Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

“Qida məhsulları” anlayışı daha genişdir” - Həsənquliyev

“Biz qeyd edirik ki, 2022-ci ildə “Qida təhlükəsizliyi haqqında qanun” qəbul etmişik. Həmin qanunda qida məhsulunun anlayışı verilib. Qeyd olunur ki, bu oqranizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımıdır. Bundan başqa 14 may 2024-cü ildə Nazirlər Kabineti dövlət ehtiyacları üçün ərzaq məhsullarının satın alınması qaydalarını təsdiq edib. Bu zaman mən, Nazirlər Kabinetinin hüquqşünaslarının “Qida təhlükəsizliyi haqqında” qanunun 2022-ci ildə qəbul olunmasını diqqətdən qaçırdıqlarını düşünmürəm”.

Publika.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili əlavə edib ki, orada “ərzaq məhsulları” hüquqi termin kimi istifadə olunur: “Burada ərzaq məhsulunun fərqli anlayışı verilir. Bu da ondan ibarətdir ki, ərzaq məhsulları insanın təbii və ya emal olunmuş halda istifadə etdiyi bitki və heyvan mənşəli qida məhsullarıdır. Mən, komitənin iclasında da müzakirələr zamanı söylədim ki, “qida məhsulları” anlayışı daha genişdir. Ona görə də biz bunu müvafiq icra hakimiyyəti ilə müzakirə edib, Nazirlər Kabinetinin qərarını dəstəkləyək və ərzaq məhsulları anlayışı saxlanılsın. Qeyd elədiyim kimi, yəni anlayışlar fərqlidir, “qida məhsulları” anlayışı daha genişdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm