Nida Xəbər
İran aviaşirkətinin sərnişinləri azərbaycanca salamlaması QALMAQAL YARATDI
Güney Azərbaycanın "Ata" aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldin" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Zunuzi aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib:
"Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?", - Zunuzi əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə panfars sosial media fəalı Əmir Seyyidin "X" hesabında paylaşım edərək, "xoş gəldin" ifadəsinə etiraz edib.
-
Hadisə04:44
Xaçmazdan ACI XƏBƏR: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Sosial03:13
Dönərlə bağlı yeni qaydalar təsdiqləndi: qiymətlər qalxacaq? - VİDEO
-
Sosial02:42
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz
-
Sosial5 Noyabr 23:48
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Region5 Noyabr 23:12
Bu dəfə göydən TOYUQ "YAĞDI" - ANBAAN VİDEO