Putin Bakıya gələcək? - Peskov açıqladı
Bizi izləyin

Nida Xəbər

Putin Bakıya gələcək? - Peskov açıqladı

“Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib, lakin Rusiya mütləq təmsil olunacaq”.

Publika.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.

“Hələlik heç bir qərar verilməyib, təbii ki, Rusiya təmsil olunacaq”, - deyə Peskov Putinin konfransda mümkün iştirakı ilə bağlı suala cavab verib.

Xatırladaq ki, Azərbaycan Prezidenti iyul ayında ŞƏT-in sammitində təşkilatın bütün rəhbərlərini, o cümlədən Vladimir Putini konfransa dəvət etmişdi. Ümumilikdə tədbirdə 198 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm